AZXEBER.COM xəbər verir ki, 71 yaşlı qadın Baku TV-yə açıqlamasında Gürkan adlı həkimin onun sol ayağının əvəzinə sağ ayağını əməliyyat etdiyini iddia edib.
"20 ildir bu zülmdəyəm, əzab çəkirəm. Neçə yerə getmişəm. Bir ayağımdan 8 dəfə, digərindən isə 6 dəfə əməliyyat olunmuşam. Hansı həkimə gedirəmsə, üz döndərirlər.
Məsələ ilə bağlı "Medera Hospital”dan bildirilib ki, Dövlət Əliqulu qızı Abdullayeva 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı əməliyyatı olunub: "Daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə klinikaya dəvət olunub və rəhbərlik və mütəxəssislərlə birgə konsilium aparılıb. Travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib, ikiaylıq müalicə yazıb, müalicə bitdikdən sonra klinikaya gəlməsini və təmənnasız olaraq əməliyyat edəcəyini onlara bildirib. Klinika ilə razılaşan D.Abdullayeva rayona qayıdıb, lakin məlum olub ki, o və həyat yoldaşı klinikanı tərk etdikdən sonra müvafiq orqanlara əsassız olaraq şikayət ediblər”.
Daha ətraflı videomaterialda:











































