7,2 balın dəhşəti: Minlərlə insanın həyatını dəyişən zəlzələlər

7,2 balın dəhşəti: Minlərlə insanın həyatını dəyişən zəlzələlər
DÜNYA
11:16 25.06.2026
381

Xəbər verdiyimiz kimi bu gün Venesuelada da 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar ölkənin şimal sahillərində hiss olunub. Zəlzələ ətraf ölkələrdə də hiss edilib. Hadisənin nəticələri ilə bağlı aidiyyəti qurumlar tərəfindən monitorinq aparılır.

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində azı 32 nəfər həyatını itirib, təxminən 700 nəfər isə xəsarət alıb.
Son günlər dünyada baş verən güclü zəlzələlər yenidən seysmik təhlükələri gündəmə gətirib.

Mütəxəssislərin fikrincə, 7,2 bal gücündə zəlzələ ciddi dağıntılara və insan itkilərinə səbəb ola biləcək təbii fəlakətlər sırasına daxildir.

AZXEBER.COM xəbər verir ki, son illərdə dünyanın müxtəlif ölkələrində 7,2 bal gücündə zəlzələlər qeydə alınıb.

2021-ci ildə Haitidə baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə bina dağılıb.

2013-cü ildə Filippinin Bohol adasında qeydə alınan 7,2 bal gücündə zəlzələ də ciddi dağıntılara səbəb olub və yüzlərlə insan zərər çəkib.

Türkiyənin Van vilayətində 2011-ci ildə baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində yüzlərlə insan həlak olub, minlərlə bina yararsız vəziyyətə düşüb.

2024-cü ildə Tayvanın Hualien bölgəsində qeydə alınan 7,2 bal gücündə zəlzələ isə adada nəqliyyat və infrastruktur sisteminə ciddi ziyan vurub.

Mütəxəssislər bildirirlər ki, zəlzələnin törətdiyi fəsadlar təkcə onun gücündən deyil, həm də episentrin dərinliyindən, əhalinin sıxlığından və tikililərin dayanıqlığından asılıdır.

Gülay

OXŞAR XƏBƏRLƏR