Qızıl bilib oğurladı, plastmas çıxdı

Qızıl bilib oğurladı, plastmas çıxdı
DÜNYA
02:58 10.11.2026
59
İstanbulda 32 yaşlı Moldova vətəndaşı zərgərlik mağazasından 200 üzük oğurlayıb. Lakin sonradan üzüklərin qızıl deyil, plastikdən hazırlanmış saxta nümunələr olduğu üzə çıxıb.

Oğru İstanbulun Kartal rayonunun Orhantəpə məhəlləsində vitrindəki plastik üzükləri əsl qızıl-zinət əşyaları zənn edərək onları sırğa və bilərziklərlə birlikdə götürüb.

Oğurluqdan sonra Türkiyəni tərk etməyə çalışan şəxs Sabiha Gökçen hava limanında polis tərəfindən saxlanılıb.

Mağaza sahibi bildirib ki, oğurluq hallarının qarşısını almaq məqsədilə vitrində əsl qızıl üzüklər əvəzinə onların plastik surətlərini yerləşdirib.

Dindirildikdən sonra şübhəli şəxs məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
 
///lent.az
OXŞAR XƏBƏRLƏR