Rayon Prokurorluğundan verilən məlumata görə, kənd sakini 1939-cu il təvəllüdlü Cəbrayıl Abbas oğlu Cəbrayılov özünü yüksək gərginlikli elektrik naqillərinə bağlayıb. Hadisə onun yaxınlarının gözü arşısında baş verib. Cəbrayıl Cəbrayılov dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Yaxınlarının sözlərinə görə, Cəbrayıl Cəbrayılov əsəb xəstəsi olub və daim həyatından şikayət edib. Onun əvvəllər də bir neçə dəfə özünə xəsarət yetirdiyi bildirilir.