Mingəçevir şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurahmanovu yaşadığı mənzildə küt alətlə qətlə yetirən şəxsin 1973-cü il təvəllüdlü Kamran Kamil oğlu Rüstəmov olması müəyyənləşdirilib. K.Rüstəmov yaxalanıb. Faktla əlaqədar araşdırmalar davam etdirilir.