“8 Mart bayramında ən yaxşı hədiyyə güldür” - Deputat

SOSİAL
11:06 07.03.2023
1020
"Bizim vaxtda hamı müəlliməyə hədiyyə versin kimi bir şey olmayıb. Aşağı siniflərdə, adətən şagirdlər müəlliməyə şəkil çəkib bağışlayırdı və yaxud plastlindən balaca suvenirlər, fiqurlar düzəldib hədiyyə verirdilər. Daha yuxarı siniflərdə, adətən valideynlər çalışırdı ki, müəllimələrin 8 Mart bayramını təbrik etsin”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev məktəblərdə 8 Mart bayramı ilə bağlı müəllimələrə edilən hədiyyələrlə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, onların məktəbdə oxuduğu dövrdə hədiyyə kimi pul verilməsinə yaxşı baxılmırdı:

"Fürsətdən istifadə edərək öz adımdan bütün Azərbaycan xanımlarının 8 Mart bayramını təbrik edirəm. Mən 102 nömrəli məktəbdə oxumuşam, bir də Lənkərandakı 4 nömrəli məktəbdə oxumuşam. Bizim vaxtda hamı müəllimə hədiyyə versin kimi bir şey olmayıb. Aşağı siniflərdə, adətən şagirdlər müəlliməyə şəkil çəkib bağışlayırdı və yaxud plastlindən balaca suvenirlər, fiqurlar düzəldib hədiyyə verirdilər. Daha yuxarı siniflərdə, adətən valideynlər çalışırdı ki, müəllimələrin 8 Mart bayramını təbrik etsin. O vaxt Sovet dövrü idi, ən çox istifadə olunan hədiyyə xarici konfetlər idi. Qutu konfetlər və yaxud tortlar da var idi. Evdə tortlar bişirilirdi, o tortları hədiyyə edirdilər. Mənim hafizəmdə belə qalıb.Amma pul yığmaq, yaxud başqa formada maliyyə tipli hədiyyələr olsa da, çox az idi. Yəni buna yaxşı baxılmırdı”. 

Deputat bildirib ki, indi 8 Martda ən yaxşı hədiyyə güldür:

"O vaxtlar adi bir gül belə çox yaxşı hədiyyə sayılırdı. Mən düşünürəm ki, indi də 8 Martda ən yaxşı hədiyyə güldür. Amma zaman dəyişilib, insanlar dəyişilib, bazar iqtisadiyyatında yaşayırıq. Mən başa düşmək istəməsəm də, başa düşürəm ki, valideynlər öz uşaqlarına kömək məqsədilə, yaxud onları hansısa bir formada sığortalamaq məqsədilə müəyyən bir cəhd göstərirlər. Adətən indi daha çox eşitmişəm ki, 8 Martda qadın müəllimələrə parfümlər bağışlayırlar”. 

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR