‘8 mart uşaqların gözü ilə’ incəsənət sərgisi keçirildi - FOTOLAR

GƏNCLİK
22:47 08.03.2012
2638

Mart ayının 7-də “Baku Creative Center” in sərgi salonunda “8 mart uşaqların gözü ilə” adlı incənət sərgisi təşkil olundu. Sərgidə 6, 23 və Elitar Gimnaziyanın şagirdlərinin əl işləri nümayiş edildi.

AZXEBER.COM-unməlumatına görə, “Baku Creative Center”in rəhbəri Emin Yasinov şagirdlərin rəsm işlərini yüksək qiymətləndirərək, layihənin azyaşlı uşaqlarla təşkil olunması məqsədinin uşaq və yeniyetmələrin yaradıcılıq sahəsinə olan marağı genişləndirmək, ictimaiyyətin bu sahəyə olan diqqətini daha artırmaq olduğunu vurğuladı.

Sərgidə Azərbaycanın mədəniyyət və incəsənət sahəsində böyük təcrübəsi olan qonaqlar çıxış etdilər. Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq üzrə rəhbəri əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Arif Hüseynov uşaqların rəsm işlərinin yaradıcılıq baxımdan qeyri adiliyini, fərqli yanaşma tərzini qeyd edərək gələcəkdə məşhur rəssam olacaqlarına ümid etdiklərini söylədilər.

Uşaqların əl işləri olan rəsmlər 3 gün ərzində sərgilənəcəkdir.

Ünvan: Həsən Abdullayev küç.6, Axundov bağının yaxınlığı

OXŞAR XƏBƏRLƏR