"Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir".
Bunu AZXEBER.COM-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Reallıqda belə bir şey yoxdur. Həmin görüntülər və səs yazısı quraşdırma, montajdır", - deyə o qeyd edib.