8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
İQTİSADİYYAT
16:26 06.11.2026
47

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni sayda ağac əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Budəfəki ağacəkmə aksiyaları "PAŞA Holding”in dəstəyi ilə Şəki şəhərində həyata keçirilib. Aksiya çərçivəsində şəhidlərin xatirəsinə Şəkidə 353 ədəd həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Aksiya Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, "Qəhrəmanlar Bağı” layihəsi şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu təşəbbüs vasitəsilə qəhrəmanlarımızın adı təkcə yaddaşlarda deyil, həm də yaşıl mühitin formalaşmasına xidmət edən canlı bir irsdə yaşadılacaqdır.

Daha sonra çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib: "Zəfər Günü ərəfəsində Şəkidə belə mühüm təşəbbüsün reallaşdırılması həm torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə dərin ehtiramın göstəricisidir, həm də rayonumuzun ekoloji mühitinin zənginləşməsinə dəyərli töhfədir. Şəhidlərimizin adını yaşatmaq və onların ailələrinə diqqət göstərmək hər birimizin mənəvi borcudur. Əkilən bu ağaclar gələcək nəsillərə Vətən sevgisini və qəhrəmanlıq irsini xatırladan canlı bir simvol olacaqdır.”

Bununla da ölkə ərazisində "Qəhrəmanlar Bağı”nın sayı 32-yə çatıb. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirləri isə yerli İcra Hakimiyyəti orqanları tərəfindən həyata keçirir.

Qeyd edək ki, "Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. "Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTOLAR
16:33 06.11.2026
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTOLAR
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü- VİDEO
16:29 06.11.2026
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü- VİDEO
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
16:26 06.11.2026
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurdu - FOTOLAR
16:04 06.11.2026
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurdu - FOTOLAR
Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR
15:56 06.11.2026
Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
15:54 06.11.2026
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ
15:38 06.11.2026
Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
15:23 06.11.2026
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
15:20 06.11.2026
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
Azərbaycanda qeyri-iş günləri azaldılmalıdır? - AÇIQLAMA
15:17 06.11.2026
Azərbaycanda qeyri-iş günləri azaldılmalıdır? - AÇIQLAMA
Qax sakinləri ən çox bundan şikayətçidir: İşsizlik, qaz və işıq problemi
15:16 06.11.2026
Qax sakinləri ən çox bundan şikayətçidir: İşsizlik, qaz və işıq problemi
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
15:04 06.11.2026
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
15:03 06.11.2026
Bakı rayonlarının icra hakimiyyətləri sosial mediadan necə istifadə edir? - Ən az izləyici bu rayondadır...
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
14:47 06.11.2026
"Arifa Ethno"dan Füzuli xalçalarının naxışları ilə “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
14:39 06.11.2026
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olundu - FOTOLAR
14:36 06.11.2026
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olundu - FOTOLAR