8 yaşlı Firuzənin sizin köməyinizə ehtiyacı var - FOTOLAR

8 yaşlı Firuzənin sizin köməyinizə ehtiyacı var -  FOTOLAR
Bütün Xəbərlər
14:21 29.10.2013
2125

2005-ci il oktıyabrın 10-da dünyaya gələn Firuzə Sadıqova beyin xətəliyindən əziyyət çəkir.

AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlayan azyaşlının anası, qızının təəcili əməliyyat olunmasını söyləyib. Gözyaşlı ana, əməliyyatın germəkləşməyəcəyi təqdirdə uşağın ölə biləcəyini deyib:

“Qızım Sadıqova Firuzə 2005-ci il oktıyabrın 10-da dünyaya gəlib. Doğulanda aldığı travma ilə 2 ayağı və sol qolu iflic olub. 8 yaşına kimi, uşağı müalicə etdirsək də, heç bir nəticə əldə edə bilməmişik. Son 3 ayda uşaqda sürətli ürək ritmi, hava çatışmamazlığı və hər gün uzun müddətli qusma müşahidə olunur. İndi isə ona onurğa beyin sıxılması diaqnozu verilib. Təəcili əməliyyat olunmalıdır. Türkiyədə İlham Elmacı adlı məşhur beyin cərrahı var. O Firuənin əməliyyatını öz üzərinə götürüb. Birinci əməliyyat noyabrın 8-11-i arası müəyyənləşdirilib. 2 əməliyyat isə bu tarixdən 3 həftə sonraya müəyyənləşdirilib. Bir ana kimi hər kəsdən kömək istəyirəm. Bizə yardım edin ki, övladım yaşasın!”.

Telefon nömrələri: 050 375 87 55, 055 943 86 87 (Firuzənin anası)

OXŞAR XƏBƏRLƏR