xari

“8103”dən gələn razılıq SMS-inin tarixini proqramla dəyişdirən şəxs həbs edildi

SOSİAL
17:24 07.04.2020
6014
"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan "8103” qısa nömrəsindən gələn razılıq SMS-in tarixini xüsusi kompüter proqramları vasitəsi ilə saxtalaşdıraraq karantin rejimi qaydalarını kobud sürətdə pozan şəxs saxlanılıb. Keçirilən tədbir nəticəsində Sumqayıt şəhər sakini Nail Yaqubov tutularaq məsuliyyətə cəlb edilib.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün "8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib. Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsi ilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və "Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.

Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 25 sutka həbs edilib.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:13 27.01.2021

Putin “Davos həftəsi”ndə Qarabağla bağlı bəyanatdan danışdı

16:31 27.01.2021

“Minlərlə insan COVID-19-a yoluxanda biz onların sayını 41 göstərdik” - Çinli həkim

16:27 27.01.2021

"Azərbaycan və Türkiyəyə qarşı çox güclü qarayaxma kampaniyaları aparılır"

16:20 27.01.2021

Azərbaycanda bu gün nə qədər adam koronavirusa yoluxub?

16:20 27.01.2021

“Fənərbaxça” Məsut Özili təqdim etdi

16:11 27.01.2021

Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi

16:04 27.01.2021

Prezident: Guya Şuşa bizə elə-belə verilib, ağ yalandır!

16:02 27.01.2021

Hikmət Hacıyev: “Yaxın günlərdə Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”

15:40 27.01.2021

Rusiyadan 2 nəfər şəxs Azərbaycana ekstradisiya edildi

15:34 27.01.2021

Hikmət Hacıyev: "Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir"

15:24 27.01.2021

Azərbaycana Pfizer/BioNTech peyvəndi də gətiriləcək - ÜST nümayəndəsi

15:21 27.01.2021

Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!

14:56 27.01.2021

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!

14:51 27.01.2021

"AXC-Müsavat cütlüyü Şuşanı faktiki olaraq düşmənə təhvil verdi" - Prezident

14:46 27.01.2021

Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi

14:37 27.01.2021

"Şuşadakı villalardan biri Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur"