Bu haqda Birliyin sədri Məmməd Ağayev məlumat verib. Birliyin üzvləri canlı yayımda 14 fevral - Azərbaycanda televiziyanın yaranması və bugünkü durumu ilə bağlı fikirlərini söyləyiblər. Məmməd Ağayev bu haqda AZXEBER.COM-a deyib: “Verilişin mövzusu 14 fevral Azərbaycan televiziya günü ilə bağlı idi. Bu barədə birlik üzvləri öz fikirlərini bölüşdülər. Sonda isə sürpriz bir təklif irəli sürdüm, məşhur diktor Tamella xanımı birliyimizə qonaq etməyi arzuladığımızı dedim və o da çox sevinərək gənclərin bu təklifini qəbul etdi”.
Qeyd edək ki, verilişdə məşhur diktor Tamella Hüseynova və şair Vahid Əziz qonaq qismində iştirak edib.