“Azərbaycanda yolların yenidən qurulmasına 35 milyard dollar vəsait lazımdır”

Bütün Xəbərlər
13:00 10.12.2010
2053
İclasda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” qanunun tətbiqi ilə əlaqədar olaraq Əmək Məcəlləsinə və «Sığorta fəaliyyəti haqqında» qanuna əlavə və dəyişikliklər layihəsi,

İclasda çıxış edən iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə rəhbərlik etdiyi komitənin yeni tərkibdə gələcək fəaliyyətinə toxunub. Deputat Vahid Əhmədov isə ötən çağırışda hazırlanmış bir sıra qanun layihələrinin qəbulunu zəruri sayıb.

Xanhüseyn Kazımlı isə qeyd edib ki, «Tənzimlənən qiymətlər haqqında» qanun qəbul olunsa da, bu günədək qüvvəyə minməyib: “Qiymətləndirmə sahəsində problemlər var. Sahibkar 100 min manat kredit götürmək üçün 1 milyon manatlıq əmlakını girov qoymalıdır”.

İclasda qeyd edilib ki, Əmək Məcəlləsinə təklif olunmuş varianta əsasən, işəgötürən qanunvericiliklə müəyyən edilmiş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi zəruridir.

İclasda o da bildirilib ki, «Yol nişanları və siqnalları haqqında» 1968-ci Konvensiyasına qoşularkən Azərbaycan tərəfi bəyanatında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında olmadığı qeyd edib. Qeyd-şərtdə isə bildirilir ki, Azərbaycan Konvensiyanın 44-cü maddəsini özü üçün məcburi hesab etmir.

Deputat Cavid Qurbanov yol nişanları ilə bağlı konvensiya barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanın yollarının yenidən qurulmasına 35 milyard dollar vəsait lazımdır.

Sonra qanun layihələri səsə qoyularaq parlamentin iclasına tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR