“Azxeber.com “un 1 yaşı qeyd olundu - FOTO

GƏNCLİK
12:44 29.04.2011
2958

Saytın 1 illik fəaliyyəti haqqında hesabat çıxışından sonra söz Mətbuat Şurasının sədri Əflatun Amaşova verilib. Şura sədri əsas diqqəti saytın qısa vaxtda böyük oxucu auditoriyası qazana bilməsinə yönəldib. O bildirib ki, bu tələbə jurnalsitlər üçün çox böyük uğurdur. Əflatun Amaşov Azxeber.com-un mütəmadi izləyicisi olduğunu da deyib. Onun sözlərinə görə, portalın ən böyük özəlliyi informasiya yayarkən etik qaydalara əməl olunması və operativliyin qorunmasıdır. Daha sonra Əflatun Amaşov Azxeber.com-a “Ən perspektivli xəbər portalı” mükafatını təqdim edib.

Saytın təşəbbüskarları Bakı Dövlət Universitetinin tələbələri olduğundan tədbirdə çıxış edən universitetin müəllimi, professor Cahangir Məmmədli də öz tələbələrinin işini qiymətləndirib. O bildirib ki, Azxeber.com portalının yaranması son illərdə Jurnalsitika fakultəsində canlanma yaradıb. C.Məmmədli portalın informasiyanı necə yayması haqqında da fikirlərini bildirib: “ Azxeber.com həm də qərəzsiz, tərəfsiz, vicdanlı xəbərin necə olduğunu nümayiş etdirdi”.

Daha sonra söz “Şərq” qəzetinin redaktoru, Bakı Dövlət Universitetinin müəllimi Akif Aşırlıya verilib. O portalın yaranması ilə tələbəılərin öz fikirlərini sərbəst ifadə edə bildiklərini deyib. Azxeber.com-un oxucusu olan A.Aşırlı saytın qərəzsiz olmasını bəyəndiyini bildirib: “Gün ərzində 25-30 xəbərlə yenilənən saytda, eksklyuziv xəbərləri də tez-tez oxuyuruq. Əsas məsələ isə portalın bütün informasiyalara qərəzsiz yanaşmasıdır”.

Saytın redaktoru Hacıbəy Heydərlinin ilk qələm təcrübəsini işıqlandıran APA Informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı portalın yaradıcıları ilə ilk tanışlığından bəhs edib. Vüsalə Mahirqızı da saytın daimi oxucusu olduğunu həm də monitorinq xarakterli izlədiyini bildirib. Onun sözlərinə görə gənclər nəyi oxumaq istəyirlərsə onu da yazırlar. Bu portal gənclərin özünü ifadə edə bilməsi üçün böyük əhəmiyyət daşıyır.

Media mütəxəssisi, professor Qulu Məhərrəmli də saytın fakültədəki sükutu pozduğu fikrini təsdiqləyib: “Sayt yaradılarkən tərəddüd edirdim. Çünki heç bir kömək olmadan yaradılmışdı və düşünürdüm ki, iki tələbə bunu edə bilməz. Amma bu gün sayta 2000-3000 nəfər daxil olursa bu böyük göstəricidir. Qulu Məhərrəmli tədbirdə iştirak edən Əflatun Amaşova və Avrasiya Fondunun sədri Ümid Rəhimoğluya müraciət edərək gənclərə dəstək olmağa çağırıb: “ Doğum günü olanı təkcə tərfiləmirlər, həm də qayğı göstərirlər. Odur ki, siz də əlinizdən gələn köməkliyi gənclər üçün etməyə, dəstək olmağa çalışın”.

 Tədbirdə Avrasiya Fondunun rəhbəri Ümid Rəhimoğlu, Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə, “Qafqazinfo” xəbər portalının baş redaktoru Elbrus Ərud, Trend informasiya agentliyinin xarici məsələlər üzrə direktor müavini Elçin Hüseynov, Qaynar.info xəbər portalının baş redaktoru Fərid Şahbazlı, Media Mərkəzinin layihələr üzrə kordinatoru, jurnalist Seymur Kazımov, “Ladyradio”nun rəhbəri, jurnalist İlhamə Novruzova portalın fəaliyyəti haqqında fikirlərini söyləyiblər.

 

Aysel FƏRZİYEVA

 

 

 

OXŞAR XƏBƏRLƏR