Əvvəllər Berluskoni ilə yaxın münasibətlərdə olan, sonra isə İtaliyanın A Seriyasındakı klubların az qala bütün məşhur futbolçuları ilə yaxın əlaqələrdə olmuş Sara Tommazi də baş verənlərlə bağlı mövqeyini açıqlayıb.
“Bəzən seksə həddən ziyadə ehtiyac duyuram. Buna rəğmən, fahişəlik etmək niyyətində deyiləm. Amma elə təkliflər var ki, onlara yox demək çox çətindir. Baş nazir mənə bir gecə üçün 150 min avro versəydi, onunla yatardım. Qoy, təklif etsin”, – Tommazi deyib.
Onun sözlərinə görə, tanışları arasında Silvio Berluskoni ilə yanaşı, Müəmmər Qəzzafi və Vladimir Putin də olub.