Cəmiyyətdən AZXEBER.COM portalına verilən mıəlumata görə,tədbir Humanitar Tədqiqatlar Cəmiyyətinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnternet bloqunun inkişafı və onun genişləndirilməsi üçün bəzi tədbirlər”layihəsi çərçivəsində reallaşdırılırdı.
Tədbiri giriş sözü ilə Humanitar Tədqiqatlar Cəmiyyətinin (HTC) direktoru Əvəz Həsənov açaraq, məqsəd və proqram, eləcə də Dəyirmi masanın (DM) gündəliyi barədə məlumat verdi. Sonra iştirakçılar Dağlıq Qarabağla bağlı məlumatların mətbuatda əksi və DQ münaqişəsi haqqında ölkədə və beynəlxalq aləmdə informasiya yayımının səviyyəsi barədə müzakirələr apardılar.
HTC “Dağlıq Qarabağ haqqında İnformasiya yayımının vəziyyəti” adlı, 20010-ci ildə Azərbaycan və dünyada DQ ilə bağlı internet resursların, dövri mətbuatın, radio – televiziya verlişlərinin araşdırılamasından əldə edilmiş nəticələrə əsasən hazırlanmış sənədlərin xülasəsini DM iştirakçılarına təqdim etdi.
“İnam” Plüralizim Mərkəzinin direktoru, publisist Vahid Qazi “Dağlıq Qarabağın tarixi, mədəniyyəti ilə bağlı məlumatların mətbuatda əksi”, jurnalist Kərim Kərimli “DQ münaqişəsi ilə bağlı ölkədə informasiya yayımının səviyyəsi” və Azərbaycan İnsan Hüquqalrı evinin koordinatoru Vüqar Qocayev “ DQ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə informasiya yayımının səviyyəsi” mövzularında məruzələr etdilər. Tədbir iştirakçılarından, ölkəmizdə və xaricdə tanınmış ekspertlər Mehriban Vəzir, Arif Əliyev, Rauf Rəcəbov və başqaları müzakirəyə çıxarılan mövzular və məsələlər barədə kifayət qədər sanballı çıxışlar etdilər və əhəmiyyətli təkliflər irəli sürdülər.
Çıxışçılar HTC-nin təqdim etdiyi araşdırma sənədi barədə təklifləri bildirdilər. Yekunda qərara alındı ki, HTC-nin hazırladığı faydalı hesabat “DQ haqqında məlumatların toplanması, mətbuatda dərci, internetdə yerləşdirilməsi, televizyalarda nümayişi, nəşrlərin keyfiyyətinin yaxşılaşdırıması və kəmiyyətinin artırılması, ümumilikdə bütövlükdə DQ münaqişsəsinin KİV-də əks etdirilməsi və beynalxal aləmdə yayılması işinin daha da yaxşılaşdırılması məqsədilə Aazərbaycan respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasına və müvafiq dövlət orqanlarına təqdim edilsin.