“Eurovision” ölkəmi təmsil edə biləcəyim ən son yerdir".

ŞOU-BİZNES
09:32 13.02.2011
1976

AzXeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sərdar Tarkanın bu müsabiqəyə qatılmaq üçün 5 milyon dollar istədiyinə də münasibət bildirib: “Tarkan böyük sənətçidir, ona daha böyük pullar vermək lazımdır. Əgər bu qədər istəyirsə demək ki, bildiyi nəsə var”.

Bəs siz özünüz necə Türkiyəni “Eurovision”da təmsil edərmisiniz? sualına Ortaç belə cavab verib: “Əlbəttə, Türkiyəni təmsil etmək qürurverici olaydır. Amma bir şey deyim ki, “Eurovision” ölkəmi təmsil edə biləcəyim ən son yerdir. “Eurovision”a gənclər getsə yaxşıdır, biz artıq qocalmışıq”.

Xatırladaq ki, Türkiyəni bu il yarışmada “Yüksək Sadakat” qrupu təmsil edəcək.

OXŞAR XƏBƏRLƏR