“Gürcüstanda yaşayan soydaşlarımızın bu günü və sabahı” forumunun yekunlarına dair konfrans keçirilib

GƏNCLİK
09:45 18.05.2011
2102

AZXEBER.COM-un məlumatına görə, tədbirdə Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həll edilməsi, Azərbaycan dilində elm, təhsil və mədəniyyətin inkişafına Gürcüstan hökuməti tərəfindən dəstək verilməsi və.s  məsələləri müzakirə olunub.

Gürcüstanda 183 Azərbaycan məktəbindən yalnız 115-nin fəaliyyət göstərməsi, Azərbaycanın müstəqillik qazanmasından sonra Gürcüstanda  vətəndaşlarımız üçün heç bir yeni  məktəbin açılmaması, Gürcüstan qanunvericiliyində milli azlıqlar haqda  maddənin olmaması, Borçalı quberniyasının 54 faizinin ,Tiflisin isə 70 faizinin azərbaycanlı olması ,lakin   Azərbaycan dilinə regional dil statusunu verilməməsi əsas gətirərək Gürcüstanın azərbaycanlılara  qarşı ayrıseçkiliyini davam etdirdiyi bildirilib.

Forum iştirakçılarının problemlərin həlli istiqamətindəki təklifləri nəzərə alınaraq hər iki ölkənin prezidentinə ünvanlan müraciət jurnalistlərə də təqdim edilib.

Nigar Məhərrəmli

 

OXŞAR XƏBƏRLƏR