Gonimi Tahrir Meydanında toplanan minlərlə insanın simvolik lider qəbul etsə də, yerli mətbuat onu ölkəsinə xəyanət edən bir aktivist kimi qələmə verir.
Gonim, üsyandan iki gün sonra “Facebook” səhifəsində "Bir il əvvəl internetin Misirdəki siyasi səhnəni dəyişdirə bildiyini söylədiyimdə bəzi yoldaşlarım mənə gülmüş idi"- yazıb. Bir gün sonra isə o, itkin düşüb.
Gonminin, 25 yanvarda başlayan etirazlarda hansı rolu oynadığı dəqiq məlum deyil. Ancaq, etirazların başlamasından bir ay əvvəl onun sosial şəbəkələrdə aktiv olduğu müşahidə olunub. O, həmçinin, müxalifət lideri Məhəmməd Əl Baradey üçün səhifə açaraq texniki məsləhətçilik edib.
Misirli səlahiyyətlilər, Gonim haqqında heç bir rəsmi məlumat verməyiblər.
Qeyd edək ki, 28 yanvardan bəri Baradey üçün texniki məsləhətçilik edən səkkiz adam daha həbs olunub.