Həmas liderlərindən İsmayıl Hanı jurnalistlərə açıqlamasında Ladenin öldürülməsini müsəlmanların qanının tökülməsi və təzyiqlərlə müşayət olunanan Amerika siyasətinin davamı adlandırıb. İsmayıl Hanı “Əl Qaidə” və “Həmas” arasında fərqlər olduğunu lakin Ladenin ölümünü qınadıqlarını deyib: “Ərəb müqəddəs mücahidinin öldürülməsini qınayırıq. Allahdan ona və bütün şəhidlərə rəhmət diləyirik”.