AZXEBER.com-un məlumatına görə, tədbirdə millət vəkilləri, Qeyri Hökümət Təşkilatlarının sədrləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
“Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə bildirib ki, tədbirin keçirilməsində məqsəd Milli Qurtuluş gününün müstəqillik yolunda önəmli bir tarix olduğunu təbliğ etməkdir.
Konfransda 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun Azərbaycan dövlətçiliyinin xilası istiqamətində gördüyü işlər, vətəndaş müharibəsi təhülkəsinin aradan qaldırılması, separatizm meyllərinin qarşısının alınması və digər məsələlər ətrafında ictimai müzakirələr aparılıb.