“Jurnalistika fakültəsinin jurnalist yetişdirmə potensialı çox zəifdir”

GƏNCLİK
14:06 23.02.2011
2203


Yeni Müsavat” qəzetində tələbə-jurnalistlərə nə kimi köməklik göstərilir? sualına Arifoğlu "Bizdə tələbəlik dönəmini bitirmiş müxbirlərlə yanaşı, tələbələr də çalışır. Onların bir neçəsini biz cəmiyyətdə tanıda bilmişik. Amma təəssüflər olsun ki,  jurnalistika fakültəsini qırmızı diplomla bitirən tələbələr belə çalışdıqları zaman yüksək keyfiyyət nümayiş etdirə bilmirlər. Bunun ən böyük səbəbi isə jurnalistika fakültəsinin jurnalist yetişdirmə potensialının çox zəif olmasıdır. Xəbərin yazılması, onun başlığı və buna bənzər bir çox nəzəri bilgiləri biz onlara sıfırdan başa salırıq. Baxmayaraq ki, həmin tələbələr qırmızı diplomla universitetin jurnalistika fakültəsini bitiriblər" deyə cavab verib.

"Yeni Müsavat" qəzetinin baş redaktoru AzXeber.com portalı haqda da fikirlərini bildirib:  "
Gələcəyin alternativ mediası internet mediadır. Qəzeti oxumaq çox ləzzətlidi amma onun dünyaya çıxması çətindi. Buna görə də internet mediası sürətlə inkişaf edir. Mən sizin portala uğurlar arzu edirəm. Gələcək gəncliyindir. Buna görə də, Azxeber.com portalının uğurlarına heç bir şübhəm yoxdur". 

 

Əfsələddin Ağalarov, Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR