“Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxış” mövzusunda konfrans keçiriləcək

Bütün Xəbərlər
08:58 02.05.2011
1792

  SAM-dan AZXEBER.COM-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureke, ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Cemi Smit və SAM-ın elmi işçisi Reşad Kərimov əsas məruzəçilər qismində iştirak edəcəklər. 

Ekspertlər dünyada dövlət və strateji əhəmiyyətli veb səhifələrə kiber hücumları, beynəlxalq kiber təhlükəsizliyi, NATO-nun kiber və informasiya təhlükəsizliyi sahəsindəki siyasəti, bu sahədə beynəlxalq təcrübə, kiber hədələr və onların fərdi səviyyəsi, mövcud problemlərdən çıxış yolları və digər bu kimi məsələləri müzakirə edəcəklər.

Ünvan: HYATT Regency Baku, Beynəlxalq Konfranslar Mərkəzi, Bakı zalı
Azərbaycan Respublikası, Bakı şəh., Bakixanov 1,

 

OXŞAR XƏBƏRLƏR