“Müxalifət düşərgəsinin yeni təşkilat yaratmaq ideyası adamın yadına “evcik-evcik” oyununu salır”

Bütün Xəbərlər
19:11 29.12.2010
1997
“Bəzi müxalifət partiyalarının “İctimai palata” adlı yeni qurum yaratmalarının Azərbaycandakı ictimai-siyasi proseslərə, ölkəmizin inkişafına zərrə qədər təsiri yoxdur və olmayacaq. Yeni təşkilat onların xırda-para məşğuliyyətlərinin tərkib hissəsidir. Ona görə də, bu məsələyə əhəmiyyət vermək lazım deyil”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B. Muradova deyib ki, müxalifətin yeni birliyinin tərkibində köhnələr cəmləşib: “Bu fakt isə ad dəyişsə də, müxalifətin mahiyyətinin dəyişmədiyini göstərir. Ona görə də, hansısa birliyin reallaşmasını güman etmək çox sadəlövhlük olardı. Yəni bu “birliyin” gələcəyinin olmaması barədə çox konkret və aydın təsəvvür formalaşır. Həmin müxaliflərin kim olduğu Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Bu düşərgədə ildə bir neçə dəfə yeni təşkilatın yaradılması ideyalarını kənardan müşahidə edəndə uşaqların “evcik-evcik” oyunu yada düşür. Onlar belə ideyaların heç zaman səmərə vermədiyini bilirlər. Parlament seçkilərindən öncə superpartiya yaratmaq ideyaları da var idi. Və bununla da cəmiyyəti “titrədəcəklərini” bəyan edirdilər. Amma birləşmə alınmadı və titrəyənlər də özləri oldu”.

Vitse-spiker qeyd edib ki, “İctimai palata”nı yaratmış həmin insanlar ictimai faydalı fəaliyyətlə məşğul deyillər: “Neçə illərdir ki, bu cür imitasiya ilə məşğuldurlar. Düşünürəm ki, bu da onların cəmiyyətə nə iləsə məşğul olduqlarını göstərmək cəhdidir. Amma hesab edirəm ki, müxalifətin yeni “birliyi” növbəti bir neçə aylıq söz-söhbət mövzusundan başqa bir şey olmayacaq”.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər