“Nə Azərbaycanda, nə də Ermənistanda soyqırım məsələsindən danışmaq olar".

Bütün Xəbərlər
15:02 14.01.2011
1909

Elə bu sual ilə “Deyerler.org” tanınmış politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrənib. “Mən ümumiyyətlə hər iki xalqın tarixində soyqırım məsələsinin şişirdilməsinin əleyhinəyəm. Bu, xalqları real problemlərin həllindən yayındırır və eyni zamanda xalqları bir-birilərinə qarşı düşmənçilik ruhunda kökləyir”, - deyə politoloq bildirdi.

Zərdüşt Əlizadənin fikrincə, nə Ermənistanda, nə də Azərbaycanda soyqırım hallarından danışmaq olmaz. Onun fikrincə, söhbət yalnız kütləvi qətl hallarından gedə bilər: “Nə Azərbaycanda, nə də Ermənistanda soyqırım məsələsindən danışmaq olar. Bəli, kütləvi qətl halları olub. Lakin onlar o zaman olub ki, insan həyatının dəyəri olmayıb. Bu zaman milyonlarla insan öldürülürdü. Ermənilər öz tərəfindən törədilmiş cinayətləri ört-basdır etmək üçün, bu kimi məsələləri şişirtməkdə maraqlıdır”.

OXŞAR XƏBƏRLƏR