“Qəbələ” “Mançester Yunayted” və “Liverpul”la qarşılaşacaq

“Qəbələ” “Mançester Yunayted” və “Liverpul”la qarşılaşacaq
İDMAN
10:18 31.01.2011
2397

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası yoldaşlıq oyunları keçirmək və Avropa futbolu ilə əyani tanış olmaq məqsədilə fevralın 6-da İngiltərəyə yola düşəcək. “Mançester Yunayted”, “Liverpul”, “Everton”, “Blekbern” və “Şeffild Yunayted” kimi klublarla qarşılaşacaq “Qəbələ” bununla da ilk belə addım atan Azərbaycan təmsilçisi kimi futbol tariximizə düşəcək. 9 günlük səfər müddətində komanda Liverpulda – “Suites” oteldə yerləşəcək. Səfər proqramına “Liverpul” Futbol Akademiyası ilə tanışlıq və ingiltərəli klub rəsmiləri ilə işgüzar görüşlər daxildir.

İngiltərəyə 18 futbolçu yollanacaq:

Qapıçılar: Elçin Tağıyev, Aleksey Dedyukin

Müdafiəçilər: Ayxan Əsədov, Həsənağa İsmayılov, Orxan Mehrəlizadə, Mirəli Məmmədzadə, Kənan Həsənov, Fərid Məmmədov, Bəhlul Mustafazadə

Yarımmüdafiəçilər: Əli Səmədov, Samir Musayev, Nəriman Novruzlu, Bayramlı Fuad, Mirzəyev Sahil, Yusif Nəbiyev

Hücumçular: Roman Hüseynov, Fərid Əsədli, Ülvi İsgəndərov

“Qəbələ”nin oyunlarının proqramı:

8 fevral – “Mançester Yunayted”
9 fevral – “Everton”
10 fevral – “Liverpul”
12 fevral – “Blekbern”
14 fevral – “Şeffild Yunayted”.

 

OXŞAR XƏBƏRLƏR