“Qəddafi vəzifədən getməlidir”

Bütün Xəbərlər
20:06 13.04.2011
1691

 Qətərdə keçirilən yığıncaqdan sonra təmas qrupu öz açıqlamasını yayıb. Bəyanatda Qəddafinin liderliyini davam etdirməsinin ölkədəki böhranı dərinləşdirdiyi bildirilir. Qətər Şahzadəsnin səsləndirdiyi bəyanatda Liviya xalqının öz gələcəyini təyin etməsinə icazə verilməsinin vacibliyi vurğulanıb.

İlk dəfə olaraq yığıncaqda Qəddafi əleyhdarları da iştirak ediblər.

Görüş zamanı təmas qrupu üsyançılara maliyyə yardımı etmək mövzusunu da müzakirə edib. Üsyançılara lazımi vəsaitin ayrılacağı və köməyə ehtiyacı olan vətəndaşlara yardım göstəriləcəyi də qərarlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR