“Qarabağ həqiqətləri: “Kimdir günahkar?”

GƏNCLİK
12:56 11.05.2011
2753
Bu barədə məlumat verən layihənin rəhbəri Vüsalə Hüseynli bildirib ki, film Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi əsasında “Qarabağ həqiqətləri: “Kimdir günahkar?” layihəsi çərçivəsində hazırlanır: 

“Qarabağ həqiqətləri barədə saysız-hesabsız film çəkilsə də, ancaq bu faciələrdə zərər çəkmiş, dünyasını dəyişmiş, şikəst qalmış uşaqlarla bağlı xüsusi yanaşma olmayıb. Qısametrajlı sənədli filmdə biz Qarabağın işğalı nəticəsində Xocalı, Qaradağlı və digər faciələrdə amansızcasına qətlə yetirilmiş günahsız uşaqlarla bağlı dünya ictimaiyyətinə müraciət edəcəyik. Bu müraciətlə dünyaya, beynəlxalq təşkilatlara bir daha çatdırmaq istəyirik ki, artıq ikili standartlardan əl çəkməli, yalan, uydurma erməni obrazını qorumaqdan çəkinməlidirlər. Ən azı, beynəlxalq təşkilatlar dünya dövlətlərinə ratifikasiya üçün ünvanlandıqları konvensiya və insan hüquqları, uşaq hüquqları ilə bağlı sənədlərə özləri hörmət göstərməli və cinayətkara qarşı sərt cəza tədbirləri irəli sürməlidirlər”.

Layihə rəhbərinin sözlərinə görə, ingilis dilində hazırlanan film erməni yalanlarının alt-üst edilməsi və dünya ictimaiyyətini fakt qarşısında qoymaq istiqamətində uğurlu addım olacaqdır.

OXŞAR XƏBƏRLƏR