Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan bildirilib. Məlumata görə, 1 saylı Bakı şəhər Klinik Xəstəxanasında müalicə alan, 1953-cü il təvəllüdlü Yusubov Saleh Cəlil oğlu özünü xəstəxananın 3-cü mərtəbəsindən atıb. S. Yusubov aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.