“Sosial Yeniliklər Düşərgəsi”nə dəvətlisiniz

GƏNCLİK
11:04 03.05.2011
2308
Sosial Yeniliklər Düşərgəsi əhalinin sosial problemlərini həll etmək və ya əhalinin sosial tələbatlarına cavab vermək məqsədi ilə hazırlanmış internet əsaslı layihələrin müsabiqəsidir. Düşərgə haqqında daha geniş məlumat bu keçiddədir: https://2.syd-az.net/SYD-nedir.

Buna görə də SYD-də iştirak 2 formada olacaq:
1. İdeya sahibləri ideyalarını tədbirin saytında qeydiyyatdan keçirməlidirlər: https://2.syd-az.net/ideyanizi-gonderin. İdeyalar verilən tələblərə uyğun olmalıdır. Tələbləri bu keçiddən oxumaq mümkündür: https://2.syd-az.net/ideyalar-nece-olmalidir
2. İdeyaları olmayanlar və digərlərinin ideyalarının reallaşdırılmasında iştirak etmək istəyənlər üçün də tədbirin saytında xüsusi səhifə ayrılıb: https://2.syd-az.net/istirakci-kimi-muraciet-edin Hər 2 formada iştirak üçün qeydiyyatın son tarixi 25 iyundur.
Düşərgəyə seçiləcək layihələri SYD üzrə əcnəbi mütəxəssislər müəyyən edəcək.
Tədbirə başqa şəhərdən gələcək iştirakçıların yemək, qalmaq və nəqliyyat xərcləri (müvafiq çeklər və biletlər təqdim olunduqda), tədbir keçiləcək şəhərdən qatılacaq iştirakçıların isə yalnız yemək xərcləri təşkilatçılar tərəfindən ödənəcək.
Xatırladaq ki, analoji düşərgələr Böyük Britaniya, Avstraliya, Slovakiya, Koreya, Çexiya, Gürcüstan və Nigeriyada da keçirilib. Azərbaycanda ilk belə tədbir ötən il sentyabrın 18-19-da məhz “Transitions” təşkilatı tərəfindən keçirilmişdi.

OXŞAR XƏBƏRLƏR