Türkmənistan dövləti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə türk dövlətlərinin mədəni irsinin təbliği, türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə keçiriləcək tədbirlərdə nümayəndə heyətləri müxtəlif nominasiyalarda (milli musiqi və rəqs, xalq tətbiqi sənəti, mətbəx, kino, milli geyimlər və s.) çıxış edəcəklər.
Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.Festival çərçivəsində keçiriləcək elmi konfransda türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair fikir mübadiləsi aparılacaq.