“Toy Olsun” haqqında yeni xəbər var

ŞOU-BİZNES
09:16 03.02.2011
3931

Televiziyanın işi cəmiyyəti maarifləndirməkdən, onu qərəzsiz, doğru-düzgün xəbərlə təmin etməkdən, tamaşaçıları əyləndirməkdən və s. ibarətdir. Bəzi telekanallar qeyd edilən şərtlərin heç birini səviyyəli, normal şəkildə yerinə yetirə bilmir. Sözdə əyləncəli proqramları boldur telekanalların. Əslində isə onlar əyləncə əvəzinə şit-əttökən, mənasız-məzmunsuz verilişlər təqdim edir. 


"Toy olsun" layihəsi də belə verilişlərdəndir. Elə proqramlar var ki, tamaşaçılar orada yaşananları müzakirə edir, verilişi və iştirakçıları lağ obyektinə çevirir. 

Azərbaycanın məşhur rayonlarından birində yaşayan kişi oxucumuz redaksiyamıza zəng vuraraq, bölgə camaatının "Toy olsun" proqramına bəslədiyi mənfi münasibətdən danışdı. 

O bildirdi ki, kişilər bir yerə yığılıb yeyib-içdikdən sonra bu proqrama qatılan qız və qadınları müzakirə edirlər: "Kimin hansı əzasının daha cazibədar olmasından, hansı qadının daha seksual olmasından danışırıq. Onlara sataşmaq məqsədilə ANS-in titrində təqdim edilən nömrələrlə əlaqə saxlayıb efirə qoşuluruq. Bəzilərimiz özümüzü rayonda yaşayan imkanlı, ziyalı insan kimi, bəzilərimiz də Rusiyada, Türkiyədə, başqa xarici ölkələrdə bizneslə məşğul olan zəngin bir kişi kimi təqdim edirik. Ailəli olduğumuz halda ya "subayıq" ya da "boşanmışıq" deyirik. Qızlar da bizə inanıb, "geyinin-kecinin verilişə gəlin" deyirlər. Ertəsi gün çayxanada bizi gözləyə-gözləyə qalırlar, biz də buna gülürük. Onları əməlli-başlı lağa qoyuruq. Normal ailə tərbiyəsi görən qız da televiziyada özünə ər axtarar? Hansı ağıllı kişi özünü vitrinə qoyub satışa çıxaran qızla evlənər? Veriliş təzə başlayanda bəzilərimiz güman edirdik qızlar öz qismətini tapmaq üçün bura gəlib. Ancaq sonra gördük ki, onlar varlı ər tapmaqdan ötrü verilişə qatılıb. Sadə, təmiz, əxlaqlı kənd cavanlarını bu qızlar ya lağa qoyur, ya kəndə ərə getmək istəmədiklərini deyir, ya da onları təhqir edir. Amma "pullu kişi" adı eşidəndə özlərini saxlaya bilməyib onu veriləşə çağırır. Biz də o qızlara zəng vurub, onlara "sabah gələcəyik" deyib gözlərini yolda qoyuruq". Müsahibimizin sözlərinə görə, rayon və kənd yerində yaşayan kişilərin əksəriyyəti kef məclislərini "Toy olsun"un efir vaxtına salır və yeyib-içib onlarla məzələnir. 

Elə isə bu verilişin yayımlanmasına və orada biabır olmağa dəyərmi?

 

//Bakı-Xəbər

OXŞAR XƏBƏRLƏR