“Toy olsun”un iştirakçısını niyə qaçırdılar?

“Toy olsun”un iştirakçısını niyə qaçırdılar?
Bütün Xəbərlər
15:07 21.05.2011
1994

 

 

Qız qaçırma olayının əsas ssenarisini 1979-cu ildə Beyləqanda anadan olmuş Samir Güləliyev hazırlayıb. O, uzun müddətdir, X.Əliyevanı sevsə də, həm qız, həm də qızın ailəsi onun istəyinə rədd cavabı verib. Sonda S.Güləliyev qızı zorla qaçırmaq qərarına gəlib. Bu məqsədlə o, dostu Mahir Rüstəmov və taksi sürücüsü Səbuhi ilə sövdələşib və mayın 19-da “Ulduz” metrostansiyası yaxınlığında pusqu qurub.

Bu gün aydın olub ki, Xalidə Əliyeva ANS TV-nin “Toy olsun” proqramının iştirakçısı imiş.


Polis bölməsinə aparılan Samir ilkin ifadəsində evlənmək məqsədi ilə Xalidəni qaçırdığını bildirib. Xalidə ilə iki aya yaxındır tanış olduğunu deyən Samir Güləliyev evlənmək istəsə də, qızın buna etiraz etdiyini bildirib. Samir həmçinin Xalidəni taksiyə çay içməyə dəvət edərək mindirdiyini deyib. 

“Samir ona çay içmək deyil, onunla ailə qurmaq üçün evinə apardığını dedikdə xanım etiraz edib və aralarında mübahisə baş verib. Avtomobildə olan mübahisəni yolda dayanan yol patrul əməkdaşları görüb və dərhal maşının saxlanılması barədə taksi sürücüsünə göstəriş verilib. Saxlanılan avtomobildə olan dörd nəfər polis bölməsinə gətirilib”, – deyə Nərimanov RPİ-nin baş müstəntiqi Elməddin Paşayev bildirib. 

Samir qızın maşına öz istəyi ilə mindiyini desə də, zərərçəkmiş bunun əksini iddia edib. Xalidə Əliyeva ifadəsində razılığı olmadan, məcburi maşına mindirilərək qaçırıldığını bildirib. Hadisənin daha dəqiq təfərrüatları isə istintaq araşdırmalarından sonra məlum olacaq.

//Ans Tv

OXŞAR XƏBƏRLƏR