“Xoşbəxt olmasa belə özünü ona inandıran bir insan olmaq istərdim”

GƏNCLİK
21:27 17.01.2011
2937

 

Özünüzü necə təqdim etməyi sevirsiz?

Əslində, özümü təqdim etməyi o qədər də sevmirəm. İstəyirəm ki, məni tanısınlar və özümü təqdim etməyə ehtiyac qalmasın.

Uşaqlıq arzunuz?

Uşaqlıq arzum hələ də dəyişməyib. İstəyirəm ki, ailəm, dostlarım, yaxınlarım həmişə yanımda olsunlar.

Ən çox sevdiyiniz yazıçı və ya şair?

Şeirlərini oxuduğum şairlər çoxdur. Bu yöndə Ramiz Rövşən və Nüsrət Kəsəmənlini fərqləndirərdim. Və bir də Günel Mövlud nə yazsa oxuyuram…))

Ən çox sevdiyiniz kitab?

Uşaqlıqda “Qara volqa” kitabını oxumuşdum mənə çox pis təsir etmişdi, nifrət edirdim o kitaba da, oradakı adamlara da. Amma sonradan ən çox sevdiyim kitaba çevrildi.

Ən çox sevdiyiniz film?

Ən çox sevdiyim film “Təhminə və Zaur” bir də “Yaşıl Mil”

Ən çox sevdiyiniz musiqi, ifaçı və bəstəkar.

Ən çox sevdiyim mahnı Elnurun “Niyə” mahnısıdır. İfaçı və bəstəkara gəlincə konkret bir ada deyə bilməyəcəm mahnıya görə dəyişir.

Ən çox sevdiyiniz ədəbi və ya tarixi qəhrəman.

Öz əqidəsindən dönməyənləri sevirəm istəyir bu siyasətçi olsun, istər alverçi, istərsə də müğənni. Mənim sevdiyim qəhrəmanlar o qədər böyük insanlardır ki, heç tarixdə qəhrəman kimi qalmağı da istəməyiblər.

İnsanlarda hansı cəhəti yüksək qiymətləndirirsiz?

Sərbəstliyi, Kompekssizliyi. Qıraqdakılara fikir vermədən düşündüyünü edən insanlara çox böyük hörmətim var. Həmin insanları cəmiyyət əvvəl-axır qəbul edir.

Sizi nə əsəbləşdirə bilər?

Haqsız yerə tənqid, mövzuya varmadan fikir bildirmək, iki nəfərin söhbətini 3-cünün müdaxiləsi və bu tipli yüzlərlə şey…(gülür).

Ən kədərli vaxtınızda hansı xəbər sizi sevindirə bilər?

Ən kədərli vaxtımda heç bir xəbər məni sevindirə bilməz. Çünki ən kədərli vaxtımda ən sevimli insanı itirəcəm.

Harda yaşamaq istərdiniz?

Doğmalarım olan hər bir yerdə, cəhənnəmdə belə (gülür)

İntihar haqqında düşündüyünz olubmu?

Olub, amma intihar etməyə cəsarət lazımdır. Mən elə cəsarətli deyiləm axı (gülür).

Sizin təsəvvürünüzdəki Allah necədir?

Allah bağışlayandır, istədiyini sənə verəndə, amma gərək ki, o şeyi ürəkdən istəyəsən.

Sevgiyə inanırsınızmı?

İnanıram, sevgidən öncə isə dostluqa inanıram. Sevgi dostluq üzərində qurularsa heç kim ona bata bilməz (gülür).

Nuhun yerində olsaydınız özünüzlə kimləri və ya nələri götürərdiniz?

Nuhun yerində olmaq istəməzdim. Çünki götürməyə o qədər çox şey var ki

20 ildən sonra özünüzü necə təsəvvür edirsiniz?

20 ildən sonra bütün günü Facebookda oturmayan, sayt üçün reklam axtarmayan, atdığı bir addıma görə peşman olmayan, xoşbəxt olmasa belə özünü ona inandıran bir insan olmaq istərdim.

Ulduz falına inanırsınızmı?

Nə qədər inanmamaq istəsəm də, ulduz falı özü məcbur edir ki, ona inanım.

Sizcə ölümdən sonra həyat varmı?

Belə suallardan qorxuram. Ona görə də üstündən sakitcə keçmək yaxşıdır (gülür).

İndi ən böyük arzunuz.

İndi bu dəqiqə istərəm ki, sevgilim olsun…

Xoşbəxtsinizmi?

Sahib olduqlarım qalmaq şərtilə yuxarıdaki arzum da reallaşsa xoşbəxt olaram….

OXŞAR XƏBƏRLƏR