01:24 Cümə Axşamı, 22 Avqust 2019
GƏNCLİK

“Yaşamağım üçün qan verərsən ?

15:24, 07.12.20101769
“Yaşamağım üçün qan verərsən ?

“Məhərrəmlik ayındayıq və insanlar aşurə gününü səbirsizliklə gözləyirlər ki, qanvermə aksiyasında iştirak etsinlər. Mən insanları xeyirxahlıq etmək üçün yalnız təyin olunmuş bir gün seçməməyə və bunu daim etməyə çağırıram”. Bu sözləri AZXEBER.COM-a açıqlamasında Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov deyib.

Aksiyanın məqsədi gənclərin könüllü qanverməyə cəlb olunması və qan xəstələrinin qana olan tələbatının az miqdarda da olsa ödənilməsidir. Bildiyimiz qədər hər il aşurə günündə islam dininə dəyər verən bacı qardaşlarımız keçirilən qanvermə aksiyasənda yaxından iştirak edirlər. Hətta bəzən kütlənin çox olması ilə əlaqədar bu bir neçə gün davam etdirilir. Bəzən götürülən qanların təlabatdan da çox olurması öz növbəsində digər problemlərə yol açır. Bu məqsədlə də aşurə gününə qədər bir neçə aksiyanın keçiriləməsi planlaşdırılır. Bu kömək edəcəkdir ki, qan xəstlərinin qandan istifadə müddəti uzansın.

Qan Donorları Assosiasiyası insanları  “Yaşamağım üçün qan verərsən ?”  devizi altında keçiriləcək qanvermə aksiyasına yaxın qohumları və dostları ilə birgə qoşulmağa dəvət edir.

XƏBƏR LENTİ