”CanAz.TV-ni yaşada bilmədik, çünki..."

”CanAz.TV-ni yaşada bilmədik, çünki..."
MARAQLI
23:53 15.01.2011
2243
- Türkiyə Azərbaycanlılarının I Qurultayına hazırlıq necə gedir və qurultaya diqqət nə səviyyədədir?

- Deyərdim ki, Türkiyədə yaşayan Azərbaycan türkləri önəmli bir layihəni həyata keçirmək üçün ciddi hazırlaşırlar. Qurultayla bağlı 12 nəfərdən ibarət təşkilat komitəsi fəaliyyət göstərir. Qurultaya qədər “Türkiyədə yaşayan Azərbaycan Türkləri” adıyla kitab çap edəcəyik. Kitabı 14 nəfərlik bir işçi heyəti hazırlayır.
Hazırda qurultay qərarımızı Türkiyədə fəaliyyət göstərən 20-yə yaxın Azərbaycan dərnəyi dəstəkləyib. Önümüzdəki günlərdə bu sayın 25-ə catağını fikirləşirəm. Ziyalılarımız, siyasətçilərimiz öz mənəvi dəstəyini bildiriblər.

Həm də qurultay qərarımız Türkiyədə və dünyada yaşayan Azərbaycan türkləri arasında böyük həyəcan yaradıb. Düşünür ki, qurultayın keçirilməsi, - Türkiyədə yaşayan Azərbaycan türklərinin bir-birlərini tanımasına səbəb olacaq və birliyi daha da gücləndirəcək.

- Qurultayda hansı məsələrə önəm veriləcək?

- Qurultayın əsas mövzusu, Türkiyədə yaşayan Azərbaycan türklərinin birliyini təmin etməkdir. Sonra isə, Türkiyədə yaşayan Azərbaycan türklərinin, həmçinin dünya Azərbaycanlılarıyla əlaqələrinin gücləndirməsi və ermənilərin son əsrdə Anadoluda, Qüzey və Güney Azərbaycanda etdikləri kütləvi qətliamların, soyqırımların üzə çıxardılması əsas müzakirə mözvusu olacaq. Xüsusilə, bu, məsələyə ciddi önəm verəcəyik.

- Qurultayda diaspor nümayəndələrindən kimlərin iştirak edəcəyi gözlənilir?

- Avropada və Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının aktiv fəalları, Türkiyəli Azərbaycan Türklərinin çoxunun iştirakı gözlənilir. Bunların çoxu qurultayımıza qatılacaqlarını indidən elan etdiblər. Məsələn, Tomris Azəri, Ayhan Dəmirçi, Mustafa Alınca, İlhan Aşkın, Orhan Aras, Dr. Ali Atalar və s. adını çəkmədiyim şəxslər.

Ayrıca olaraq, hər iki DAK-ın rəhbərləri, Güney Azərbaycandan olan soydaşlarımız, diasporda fəaliyyət göstərən önəmli milli fəallarımız, Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Zeynab Xanlarova kimi millət vəkilləri və türk dünyasının böyük şairi Zəlimxan Yaqub kimi diaspor məsələrinə önəm insanlarımız dəvət ediləcək.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun və komitənin sədr müavini Valeh Hacıyevin iştirakı gözlənilir. Onu qeyd edək ki, bizim ürəyimizdən hörmətli Prezidentimiz İlham Əliyev cənablarının da qatılması keçir.

- Sizcə, belə bir qurultayın keçirilməsi diaspor quruculuğu prosesinə nə kimi təsir edəcək?

- Bizim qurultayımızın çox önəmli və dəyər verilməsi lazım olan özəlliyi var. Bu qurultayı diaspor nümayəndələrinin üzvləri öz imkanları hesabına təşkil edirlər. Yəni, diaspor komitəsi təşkil etmir. Bu faktın özü göstərir ki, Azərbaycan diasporu öz gücünə ayağa qalxır. Bu, Azərbaycan üçün eyni zamanda, diasporumız üçün önəmli bir hadisədir. Bu düşüncə sürətli bir şəkildə bütün diaspor təşkilatlarımızın içində formalaşacaqdır. Diaspor təşkilatlarının özlərinə inamı artacaqdır. Hər şeyi, rəsmi Bakıdan, diaspor komitəsindən gözləmək düşüncəsinin dəyişməsinə səbəb olacaq.

- Türkiyədə 3 milyon Azərbaycan türkünün yaşamasına baxmayaraq, bir müddət bundan öncə açdığınız CanAzərbaycan Televiziyası fəaliyyətini dayandırdı.

- Bu gün Türkiyədə yatan bir div var. Azərbaycan türklərini yatan bir divə oxşadıram. Dediyiniz doğrudur - CanAz.TV-ni yaşada bilmədik. İnanırıq ki, qurultayın nəticəsi milli birliyimizi gücləndirəcək və haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərimizi stimullaşdıracaq. Həm də CanAz.TV-nin yenidən yayına başlamasına və peyk vasitəsilə yayımına kömək edəcək.

Azərbaycan diasporunu strateji səviyyəyə çatdırmağın zamanıdır və buna yetərincə potensialımız var.

Elnur Eltürk
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO