84 illik afişa 100 min dollara satıldı

84 illik afişa 100 min dollara satıldı
MƏDƏNİYYƏT
07:57 05.12.2012
1512
Uolt Disneyin sevimli obrazlarından Miki Maus afişası ABŞ-ın Teksas əyalətində keçirilən hərracda 101 575 dollara satıldı. BBC-nin məlumatına görə, Dallas şəhərindəki “Heritage” hərrac evində satılan 1928-ci il buraxılışlı afişanı şəxsiyyəti naməlum kolleksiyaçı alıb. Kaliforniyada vəfat edən başqa bir kolleksiyaçıya aid afişanın üstündə gülümsəyən Miki şəkli var və “Dünyanın ən əyləncəli cizgi film obrazı” yazılıb. Hərrac evinin müdiri Gri Smit bunun 1930-cu ildən əvvəl hzırlanan və bu günə qalan yeganə nüsxə olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR