Axır ki, gözlədiyimiz məqama yetişdik.
Azərbaycanda prezident seçkiləri baş tutdu.Nəticə bəllidir. Qalib məlumdur. Və ən azından ortalıqda nisbi sakitlik hökm sürür. Niyə nisbi dedim? Çünki böyük ehtimalla hələ bir müddət müxalifətimizin demokratiya, insan hüquqları, ədalətli seçki haqqında nağıllarını dinləməyə məcbur olacayıq. Hətta deyim ki, artıq başlayıblar.
Məsələn, rus xalq nağıllarının qəhrəmanı, siyasi dezertir İbrahimbəyov deyir ki, sona qədər, axıra qədər mübarizə aparmaq lazımdır. Adam başa düşmür ki, elə artıq sondur. Həm yaş, həm olmayan karyera, həm də mənəviyyat baxımından. Bundan o tərəfə axır olmur, axur olur. Ona da çoxdan düşmüsünüz. 2018-ci ilə qədər də ya hayın qalar, ya da vayın. Odur ki, get montajını elə, Rusiyanın mərkəzi meydanlarında nəzir qutunu qoyub “bir manat”ını yığ, erməni otellərində də sevdiyin “vodka”dan vurub yeni fantastik əsərlər yarat. Məsələn Milli Şura kimi.İbrahimbəyov bunları nə günə qoydusa seçkidən 5 faizlə çıxdılar. Sözün əsl mənasında rəzalət yaşadılar. İndi də bir-bir birinə ittiham savaşı açıblar. Sadəcə bir həqiqəti anlamırlar ki, ortalıqda məğlubiyyət varsa, mütləqdir ki, səbəbiyyət də var. Və ya beşi birinə, biri beşinə dəyməyən insanların kəmiyyət fərqi heç nəyi dəyişə bilməz. Çünki, onların keyfiyyət əmsalı yoxdur, siyasi məntiqləri yoxdur, prioritetləri yoxdur.Azərbaycan xalqı öz liderinə, rəhbərinə, İlham Əliyevə vermiş olduğu dəstəklə həm də müxalifətə öz yerini göstərmiş oldu. Daha doğrusu yersizliyini. Eyni zamanda ona son və tutarlı ismarışını verdi ki, bizə tərbiyəsiz insanlar, iftira, böhtan, kin və qisas dolu siyasi ideologiya mənsubları gərək deyil. Bizi artıq nağıllar aləminə qərq eləmək mümkünsüzdür. Çünki, 20 il öncə o nağılların bəhrəsini gördük, qəhrini çəkdik, əzabını yaşadıq.***Radikal müxalifətin uzun müddətdir yapışdığı saman çöpünün fabulası belə dəyişib. Qabaq bunların ümidi Putin idi, Amerikadakı, Londondakı hansısa erməni lobbisi idi, “Milyarderlər İttifaqı” idi, indi isə sadəcə “Azadlıq” qəzetinin manşeti olub. Bax bu qədər dəyərdən düşüblər, bu qədər heçə eniblər. Ona görə də səsləri çıxmır. Yuvalarına, obalarına qısılıb oturublar. Yenə heç olmasa qabaqlar seçkidən sonra 5-10 nəfər də olsa MSK-nın və ya partiya qərargahının qabağına çıxıb səs-küy salardı. İndi onlar da yoxdur. Çünki artıq bu ölkədə sadəlövh insan qalmayıb. Qalıbsa da, Facebook-da-zadda baş girləyirlər, zaman öldürürlər, özlərinə çarə axtarırlar. Amma deyim ki, elə əsl bunlarlıq məkan da oradır. Və ya nağıl qəhrəmanlarının real həyatda nə işi ola bilər ki?Seçkidən sonra bir tək ümidləri ATƏT idi. Daha doğrusu onların verdiyi ilkin hesabat. Bu qarışıq durumdan müxalif başbilənlər, yəni Əli Kərimli və İsa Qəmbər məharətlə istifadə etməyə çalışdılar. Əllərinə düşən yeganə fürsəti dəyərləndirmək istədilər. Amma bəxt məsələsi bu dəfə də onlardan yan ötmüşdü. Çünki elə dünən axşam saatlarındaca ATƏT-in hazırda fəaliyyətdə olan sədri Leonid Kojara elə bir yekun bəyanatı verdi ki, müxalifətin başına qaynar su töksəydi ondan daha yaxşı olardı. Həmin bəyanatdan sadəcə bir məqamı vurğulamaq istəyirəm: “Bu seçki demokratiyaya doğru əhəmiyyətli bir addım idi”Vəssalam. Nağıl burda bitdi. Görək bundan sonra cənab müxalifətimiz bizlərə hansı moizələri oxuyacaq.***Cəmil Həsənli deyirdi ki, şərəfimə and olsun elə olacaq-belə olacaq. Dünəndən bəri şərəf müəllimdən xəbər yoxdur. Harasa qeyb olub. Deyəsən o da sahibi kimi Londona ekskursiyaya gedib, gəzintiyə çıxıb, havasını dəyişir...Rəsul Quliyev yenə bunları söyür, ittiham edir, çarmıxa çəkir. Adamın ağzından gül tökülür, dürr tökülür, zər tökülür. Amma özünə də bir deyən lazım ki, ay yazıq, sənin guya bunlardan fərqin nədir? Eyni sifət, eyni sima, eyni qəlibsiniz də. Və ya, tula, “bədbaxt” dediklərin, keçirdikləri aksiyanı cizgi filminə bənzətdiklərin gəlib prezidentmi olmalı idi? Bu boyda ölkəni idarəmi etməli idi?İlham Əliyevin qazandığı 85 faizlik səs bilirsinizmi nə deməkdir? Ay müxalifət, düşün artıq bu millətin yaxasından - deməkdir! Əli Kərimli, İsa Qəmbər, gedin artıq bu siyasətdən, 20 il müxalifətçilik olmaz, özünüz bir yana, heç olmasa ətrafda dolaşan, sizlərə inanan, bütün yaşamları, həyatları, siyasi fəaliyyətləri boyunca məğlubiyyət dadan insanları düşünün - deməkdir! Əsl kimliyinizi, şəxsiyyətinizi, mənəviyyatınızı kənardan gec də olsa nəhayət ki, seyr edin, görün - deməkdir!!!