86 yaşlı kişi özünü güllələdi

86 yaşlı kişi özünü güllələdi
Bütün Xəbərlər
15:50 25.11.2014
1036
Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Qəzli kəndində qeydə alınıb. Kənd sakini, 1928-ci il təvəllüdlü Canıyev İsaq Yusif oğlu yaşadığı evin həyətində özünə məxsus ov tüfəngindən başına atəş açıb. O, başının alın nahiyəsindən aldığı güllə yarası ilə İsmayıllı Mərkəzi rayon 
Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.
86 yaşlı kişinin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR