Bu gecə Şabran rayonunda 16 yaşlı qız özünü asıb. Şarban rayon polis şöbəsinin rəisi Məmmədmusa Hüseynovun verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Aytac Əhmədova özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asıb. Şabran rayon orta məktəbinin 9-cu sinif şagirdi olan Aytac Əhmədovanın meyitini asılmış halda səhər saatlarında yaxınları aşkarlayıb. Qızın özünü öldürmə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.//anspress