"9 fevral parlament seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni səhifə yazdı"

"9 fevral parlament seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni səhifə yazdı"
SİYASƏT
18:39 10.03.2020
4147
"9 fevral parlament seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni bir səhifəni yazdı. Bu tarix, eyni zamanda, yeni, təkmil, müasir parlamentin formalaşmasının başlanğıcı oldu. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmənin qanunverici qurumda da öz əksini tapması günümüzün əsas tələbinə çevrilməklə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının belə bir təşəbbüslə çıxış etməsini şərtləndirdi. Artıq martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Əminik ki, yeni fəaliyyətə başlayan parlament bütün sahələrin inkişafına xidmət edən yeni, təkmil qanunların qəbulu ilə ölkəmizin davamlı inkişafına öz dəstəyini verəcək." Bu fikirləri Siyasi elmlər doktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Milli Məclisin ilk iclasının keçirilməsi ilə bağlı AZXEBER.COM-a açıqlamasında bildirib.

V.Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə Azərbaycan dünyada ilk onluqdadır. Təkcə ötən ildə və cari ilin arxada qalan dövründə atılan addımlara, imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Bu gün ölkəmizdə hansı sahəyə diqqət yetirsək, yalnız və yalnız böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlarımızın, Milli Konstitusiyamızın zamanın tələbinə uyğun olaraq təkmilləşməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətidirsə, bu halda yeniləşmənin, təkmilləşmənin ümumilikdə qanunverici hakimiyyəti əhatə etməsi də təqdirəlayiqdir.

Baş redaktor diqqəti ölkə Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbrikinə, eyni zamanda, beşinci

çağırış Milli Məclisin deputatlarının səmərəli fəaliyyətlərinə verdiyi yüksək dəyərə yönəldərək bildirib ki, dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

V.Rəhimzadə vurğulayıb ki, altıncı çağırış Milli Məclisə seçkilər bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasında maraqlı olduğunu ortaya qoydu: "Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün eyni şəraitin yaradılması dövlət siyasətinin əsasında dayanır. 9 fevral parlament seçkilərində 20-yə yaxın siyasi partiyanın iştirakı deyilənlərin bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında da xüsusi vurğulamışdır ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini əldə edib. Cənab İlham Əliyev bu çağırışı da etmişdir ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar."

Baş redaktor Prezident İlham Əliyevin çıxışında əksini tapan mühüm məqamlardan geniş bəhs edərək bildirib ki, dövlətimizin başçısı bir daha bu reallığı diqqətə çatdırıb ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

V.Rəhimzadə altıncı çağırış Milli Məclisə seçilmiş bütün deputatları, eyni zamanda, Milli Məclisin və komitələrin yeni rəhbərliyini təbrik edib, Azərbaycanın daha da inkişafı üçün bütün sahələrdə, o cümlədən həqiqətlərimizin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəailyyətlərində uğurlar arzulayıb. Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycanın yeni iqtisadi, sosial, hüquqi islahatların, həmçinin dünyanın

yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında hakimiyyətin hər üç-icra, qanunverici və məhkəmə-hüquq sistemində təkmilləşmənin vəhdətliyinin qorunması əhəmiyyətli rol oynayır. Əminik ki, dünyanın diqqətini ölkəmizə yönəldən uğurlarımız bundan sonra da davamlı olacaq, Azərbaycan yeniliklərə imza atan ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq bugünümüzün reallıqları sırasındadır.
 
AZXEBER.COM

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb