9 yaşlı qız məktəbi 'alt-üst' etdi - FOTOLAR

MAQAZİN
01:12 17.06.2012
4408

Onun bloqundan çox az adamın xəbəri vardı. Lakin qısa müddət ərzində Marta Peyn internetdə sensasiyaya çevrildi. Azxeber.com milli.az-a istinadən bildirir ki, Marta Peyn "NeverSeconds" adlı bloqunu 6 həftə əvvəl yaradıb. O, İngiltərənin Arqayl bölgəsindəki Loçqilfild şəhərində yaşayır və yerli məktəblərdən birində oxuyur. Məktəbdə uşaqlara verilən bərbad naharların fotolarını bloqunda yerləşdirəndən sonra Arqayl Məktəblər Şurası təşvişə düşüb. Məktəblərdəki naharlarla bağlı qalmaqallı vəziyyət yarandığını anlayan Şura 9 yaşlı məktəbliyə bloqa yazmağı yasaqlamağa çalışsa da, bir nəticə hasil olmayıb. Martanın oxuduğu məktəbin müəllimlərinə də tapşırılmışdı ki, qızın naharların fotolarını çəkərək bloqunda şərh etməsinə imkan verilməsin. Amma Marta yenə yazır. "Riyaziyyat dərsində olanda müəllim məni dərsdən çıxardı və direktorun yanına apardı. Dedilər ki, daha yazmayım. Amma yazacağam. Məni susdura bilməzlər", - Marta deyib. Martanın bloqunun oxucuları arasında olan məşhur aşpaz Ceymi Oliver də İngiltərədə məktəblərdə şagirdlərə verilən naharları "biabırçılıq" adlandırıb. Martanın bloquna qadağa qoymaq istəyi isə internetdə milyonlarla insanın narazılığına səbəb olub. Martanın ən böyük "köməkçi"si və hamisi isə atası Deviddir.

OXŞAR XƏBƏRLƏR