907-ci qolunu vurdu

907-ci qolunu vurdu
İDMAN
03:53 10.05.2026
353
ABŞ-nin "İnter Mayami" klubu MLS çərçivəsində Kanadada keçirilən matçda "Toronto" üzərində 4:2 hesablı inamlı qələbə qazanıb.

AZXEBER.COM xəbər verir ki, "Bi-Em-O Fild" stadionunda baş tutan qarşılaşmada qalib komandanın heyətində Rodriqo De Paul, Luis Suares və Serxio Reqilon hərəyə bir dəfə fərqləniblər.

Komandanın kapitanı Lionel Messi isə vurduğu bir qolla yanaşı, iki məhsuldar ötürmə ilə yadda qalıb. "Toronto"nun heyətində hər iki qolun müəllifi Emilio Aristisabal olub.

Qeyd edək ki, bu, Messinin peşəkar karyerasında vurduğu 907-ci qol kimi tarixə düşüb.
OXŞAR XƏBƏRLƏR