Ağ Ev Konqresə İranla müharibənin bitdiyini bəyan edib
DÜNYA
23:38 01.05.2026
593
Ağ Ev ABŞ Konqresinə İrana qarşı hərbi əməliyyatın bitdiyini bildirdiyini bildirib. AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi müraciətdə deyilir.
"28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatdı", - deyə məlumatda qeyd olunub.
Amerika lideri oxşar məktubu vitse-prezident Cey Di Vensin olmadığı müddətdə Senata sədrlik edən Çak Qrasliyə də göndərib. ABŞ Konstitusiyasına görə, vitse-prezident Konqresin yuxarı palatasının rəhbəridir.