Ağ evdən Ramil Səfərovun əfvinə etiraz

Ağ evdən Ramil Səfərovun əfvinə etiraz
Bütün Xəbərlər
12:12 01.09.2012
3107
ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Tommi Vietor Azərbaycan zabiti Ramil Səfərovun əfvinə münasibət bildirib.
 ANS PRESS-in Ağ evin internet saytına istinadən verdiyi məlumata görə, Tommi Vietor Barak Obamanın Macarıstandan Azərbaycana qayıdan Ramil Səfərovun əvfindən narahatdır. “Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabitini qətlə yetirdiyini etiraf edib və ömürlük həbs cəhası alıb. Biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım rejionda gərginliyin azaldılmasına və barışığa yardıma xidmət etmir”.Ağ ev nümayəndəsi bəyan edib ki, Birləşmiş Ştatlar Macarıstandan da izahat gözləyir.
OXŞAR XƏBƏRLƏR