‘Ağ Saray’ın mətbəxində bunlar tapıldı - FOTOLAR

‘Ağ Saray’ın mətbəxində bunlar tapıldı - FOTOLAR
Bütün Xəbərlər
12:33 22.08.2013
7734

“Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayında standartların tələblərinin pozulduğu müəyyən edilib və hazırlanan salatlarda bakteriyalar aşkar olunub. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küç.14 ünvanında fəaliyyət göstərən “Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, şadlıq sarayındakı zallarda istifadə olunan 14 nəfərlik masa və oturacaqların ölçüləri, onlar arasındakı məsafələr AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və qaydalar” dövlət standartının tələblərinə uyğun deyil, zalda qonaqların sərbəst hərəkət etməsi və personalın keyfiyyətli xidməti üçün müvafiq şərait yoxdur. Yeməklərin hazırlanması zamanı sanitariya norma və qaydalara riayət olunmur. İstehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Mətbəxdə mənşəyi məlum olmayan toyuq, bildirçin və balıq məhsulları da aşkar olunub. Şadlıq sarayının anbarında xammalların saxlanma şəraitinə və rejiminə riayət olunmur. Araşdırma zamanı məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqları aparılıb. Yoxlanılmış məhsulların müayinəsi göstərir ki, şadlıq sarayında istehlakçılara təqdim olunan “paytaxt” salatı tərkibində mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarına, bağırsaq çöpləri və E.coli mikroorqanizminin aşkar edilməsinə, maya göbələklərinin sayına görə, “mimoza” salatı isə tərkibində maya göbələklərinin sayına görə ГОСТ 30390-95 dövlətlərarası standartının tələblərinə uyğun deyildir. Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilib, “Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayında “paytax” və “mimoza” salatlarının hazırlanması və satışı qadağan edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır