Ağacan Əbiyev açıqlama verdi

Ağacan Əbiyev açıqlama verdi
İDMAN
12:35 03.08.2012
1684
“Bəyəm orda hakimlik edirdim ki? Necə yəni uzaqlaşdırılmışam?”
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) dünən olimpiadadan uzaqlaşdırıldığı barədə yayılan məlumatlara münasibət bildirib: “Mən London Olimpiadasındayam, niyə uzaqlaşdırılmalıyam? Başa düşmürəm, məni kim uzaqlaşdırıb? Bəyəm orda hakimlik edirdim ki? Necə yəni uzaqlaşdırılmışam?”A.Əbiyev qələbəsi geri alınan Azərbaycan boksçusunun yarışında Türkmənistandan olan boks hakiminin London Olimpiya Oyunlarından uzaqlaşdırılması məsələsində hakimin özünün günahkar olduğunu söyləyib.Ağacan Əbiyev hakimin rüşvət verildiyi üçün azərbaycanlı boksçunu qalib etdiyi barədə xəbərləri “yalan” adlandırıb: “Bu sözləri boksdan xəbəri olmayanlar deyir. Hakim doğrudan da səhv edib. Ona görə də yarışdan uzaqlaşdırılıb. Səhvi odur ki, boksçu neçə dəfə yıxılandan sonra xəbərdarlıq verməli idi. Vermədiyi üçün yarışdan uzaqlaşdırıldı. Hakimə rüşvət verilməsi barədə deyilənlər tamamilə yalandır. Orda elə şey keçmir. Bunu başa düşmək lazımdır. Hər şeyi rüşvətə qoşmaq olmaz. Hakim zəif olduğuna görə belə bir səhv edib. Zərbədən sonra nokaund olmalı idi. Gərək heç olmazsa, xəbərdarlıq edəydi ki, bu qədər yıxılmaq olmaz. Onun hakim kimi səhvi bu olub, ona görə çıxarılıb. Uşaq-uşaq şeylər danışırlar. Bağışlayın məni, idmandan xəbəri olmayan adamlar belə məlumatlar yayır. Futbolda belə şeylər olur deyə bütün idman növlərinə aid edirlər. Gərək hakim bizim boksçumuza xəbərdarlıq edib, 2-3 dəfədən sonra döyüşü saxlayıb çıxaraydı”.Hazırkı döyüşləri qiymətləndirən A.Əbiyev deyib ki, boksçularımızın güclüsü də, zəifi də var: “Bəyəm gedənlərin hamısı medal almalı idi? Nə vaxt belə olub ki? Afinada 9 boksçumuz getmişdi, 2-si bürünc medal almışdı. İndi 7 boksçumuz iştirak edir, hələ oyunlar davam edir”.Qeyd edək ki, AİBA-nın yaydığı bəyanatda bildirilır ki, hakim Işanquli Meretniyazov "evinə qayıdır".Meretniyazov yarışın Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun yerə yıxılmasına baxmayaraq, onun yapon həmkarı üzərində “qələbəsinə” kömək etməkdə ittiham edilir. Eyni zamanda bəyanatda bildirilir ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb. Boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib. Ancaq federasiya Azərbaycan rəsmisinin davranış kodeksini “bir neçə dəfə pozduğunu” deyib./teleqraf.com/
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir