Ağasəlim Mircavadov: Belə milli komanda bizə lazım deyil - MÜSAHİBƏ

Ağasəlim Mircavadov: Belə milli komanda bizə lazım deyil - MÜSAHİBƏ
İDMAN
17:50 01.04.2014
1259

Qış fasiləsində 21 yaşadək futbolçulardan ibarət millimizlə (U-21) Antalya toplanışında olan Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadovun AFFA-dan təyinat alacağı bir müddət gündəm mövzusu olsa da, artıq durğunluqdu. Deyəsən, qocaman mütəxəssis artıq federasiyanın da yadından çıxıb. Hər halda, onun tezliklə yığma komandalardan birinə təyinat alacağı gözlənilirdi. Adı əsasən U-21-lə bərabər çəkilən Mircavadovun hətta yeni yaradılması müzakirə mövzusu olan U-23-ə gətiriləcəyi də yayılan xəbərlər arasında yer alırdı. Amma Mircavadov apasport.az saytına müsahibəsində hələlik məcburi istirahətdə olduğunu bildirib.

- Ağasəlim müəllim, təzə nə xəbər var?

- Nə xəbər olasıdı, heç nə. Olsa, siz məndən qabaq bilərsiz (gülür).

-Bəs U-21 məsələsi nə yerdə qaldı?

- Sakitlikdi, bir xəbər yoxdu. Oturub gözləyirəm.

-AFFA-dan zəng etməyiblər sizə?

- Yox, kim zəng edəcək ki...

- Onda U-21-lə Türkiyəyə getməyinizin mənası nə idi?

- Mənası nə idi deyəndə ki, getdik, toplanışda olduq, qarşılıqlı məsləhətləşmələr, fikir mübadiləsi apardıq.

- Ümumiyyətlə, U-23 millisinin yaradılması fikrinə münasibətiniz necədi?

- Sözün düzü, mənə qalsa, bizə belə milli komanda lazım deyil. Kimə və nəyə lazımdı axı U-23? Böyük futbol ölkələrində yaratmaq olar, bu, başadüşüləndi, amma bizdə yox. Yadınızdadırsa, bir müddət əvvəl Rusiyada da bu fikrə düşdülər, Krasnojanı baş məşqçi gətirdilər. Sonrası nə oldu?

- Topaz Premyer Liqasının oyunlarını izləyirsiniz?

- Hə, baxıram. Maraqlı, həyəcanlı oyunlar olur.

- Qış fasiləsindən sonra qeydə alınan nəticələri gözlənilməz hesab etmək olar?

- Deməzdim ki, sürpriz nəticələr var. Onsuz da əvvəldən çox şey görünürdü. Komandaların heyətlərindən, taktikalarından, oyunçu seçimlərindən bilinirdi ki, kim yarı yolda dayanacaq, kim davam edəcək.

- Mövsümün gedişində kifayət qədər ciddi görkəm alan “Qəbələ”nin, eləcə də “Neftçi” və “Xəzər Lənkəran”ın qış fasiləsindən sonra zəif və uğursuz çıxışlarını necə izah etmək olar?

- “Neftçi”nin çempionluq marafonundan geri qalmasının səbəbini futbolçularda axtarmaq lazımdı. Komandada sanki bir arxayınlıq yaranmışdı və oyunlara çox rahat çıxırdılar. Bunun da sonunun nə ilə nəticələndiyi göz qabağındadı. Çempionat başa çatmasa da, aydındı ki, “Neftçi” qızıl medal şanslarını itirib. “Qəbələ” və “Xəzər Lənkəran”a gəlincə, məncə, problem klubların daxilindədi. “Qəbələ”də də kifayət qədər problem var, mövsümü uğurla başa vurmaq üçün heyətə əl gəzdirmək lazım idi, amma etmədilər. Bir-birini tanıyan futbolçuların potensialı bura qədər idi. Xüsusən, müdafiə xəttində çatışmazlıqlar var, bunu aradan qaldırmalı olduqları halda dəyişiklikdən qaçdılar. Eyni problem hardasa “Xəzər”də də mövcuddu. Sadəcə, mənə elə gəlir ki, Lənkəran klubunda başqa problem var, bəlkə də daxilidi, dəqiq deyə bilmərəm.

- Demək olar ki, Mustafa Dənizlinin gəlişi hələlik heç nəyi dəyişməyib?

- Yox, belə düşünmürəm. Hardasa ruh yüksəkliyi hiss olunur. Sadəcə, futbolçular potensiallarından maksimum istifadə edə bilmirlər, yaxud etmirlər.

- Bəs Yuri Syominin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Həmkarlarımın heç biri haqqında pis fikir deməmişəm, demərəm də. Ancaq kənardan açıq görünür ki, “Qəbələ”də ən çox çatışmazlıq müdafiə xəttindədir. Buna baxmayaraq, Yuri Syomin heyətə lazım olan oyunçuları dəvət etmədi, eyni adlarla bir yerə qədər getmək olar, bəs boşluqları kimsə doldurmalıdı, ya yox?

- “Qarabağ”ı çempion saymaq olar?

- Düzdü, Premyer Liqanın yekunlaşmasına hələ 8 tur qalıb, ancaq etiraf etmək lazımdı ki, onlar bu fürsəti heç vaxt əldən verməzlər. Komanda əla formadadı, yəqin ki, axıra qədər də belə davam edəcəklər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün xoş xəbər alacaq 3 bürc
10:53 07.10.2026
Bu gün xoş xəbər alacaq 3 bürc
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
10:52 07.10.2026
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
10:48 07.10.2026
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
10:41 07.10.2026
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq