Ağası gülüm olanın külüm olub başına

Ağası gülüm olanın külüm olub başına
Bütün Xəbərlər
01:08 21.09.2013
1400
Elşən MusayevAxır ki, Prezident seçkilərinin çoxdan bəri gözlədiyimiz təbliğat və təşviqat dövrü start götürdü.Gəldi və başladı.Amma adı belədir-“Başladı”.Əslində isə həmin başlanğıcın yekundan  faktiki olaraq heç bir fərqi yoxdur. Niyə? Çünki  meydanda həmin seçkinin  havası qətiyyən hiss edilmir.  Eynən 2008-də olduğu kimi ortalıqda yenə tamamən tək qalmışıq.Daha doğrusu o zaman müxalifətin baykot qərarı  onların bu günki düzənsiz vəziyyətindən min dəfə daha abırlı variant idi. Rəqiblərimizin-təbii onlara bu cür xitab etmək mümkünsə- əlini və ayağını xaricdən, beynəlxalq təşkilatlardan, böyürdən-bayırdan yığışdırmaq hələ də mümkün deyil. Hara getsələr özlərini təklif edirlər, hərraca çıxarırlar.Amma müzakirə pridmeti bir tək özləri olsa dərd yarı. Söhbət həm də ölkənin və dövlətin maraqlarından gedir. Hansı ki, haqqında danışdığım insanların yürütdüyü siyasətin tamamən fövqündədir. Elə bir məqama gəlmişik ki, artıq bu radikal və hərdəm-xəyal qüvvələrə nəinki sahib çıxan, heç ara qarışdırmaq üçün pul-para verən də tapılmır. Bu səbəbdən, adamlar  seçki kampaniyası əvəzinə özlərinə qoyduqları qiymətlərin endirim kampaniyasına başlayıblar. Hətta  1 manata qədər eniblər, düşüblər, ucuzlaşıblar. Amma yenə mənzərədəki tablo dəyişmir.  Göz vuranları, qucaq açanları, qulaq asanları yoxdur ki yoxdur!Təbliğatın başlanğıc mərhələsində inanılmaz bir gedişat var. Radio və teledebatları nəzərdə tuturam. Mövcud hakimiyyət bu qədər gücünə, manalit komandasına  və siyasi resursuna  baxmayaraq yenə də ehtiyatı  əldən vermir, işinə son dərəcə ciddi bir məsuliyyətlə yanaşır.Qarşı tərəf isə hələ də nağıllar aləmindədir. 92-də ilişib qalıblar. 20 illik zaman fərqinə rəğmən o təfəkkürdən, içində pərçimlənib qaldıqları qəlibdən çıxa bilmirlər. Yenə iftira, kin, nifrət püskürürlər. Ən son variant kimi yazıq, təklənmiş görkəm alıb suyu bulandırmağa çalışırlar. Özlərini ədalət carçısı kimi göstərmək çabasındadırlar.Gümanları da budur ki, çərxi-fələk bir anın  içində tərsinə dövr edəcək, xoşbəxtlik quşu gəlib Cəmil Həsənlinin başına qonacaq. Və o da Prezident olacaq. Oysa, anlamırlar ki, haqqında danışılan adamın rəhbər olması üçün bu ölkədə bütün nəticələr və  göstəricilər  başdan ayağa deyil, ayaqdan başa oxunmalıdır. Və ya  Əli Əhmədovun elə efirdəcə Cəmil Həsənli haqqında təqdim etdiyi xəstəlik kağızı ilə nəinki bir ölkənin, heç  sıradan bir MMC-nin belə Prezidenti olmaq mümkün deyil.Ortalıqda rəzil bir durum hökm sürür. Bu rəzilliiyi elə ancaq  Azərbaycan müxalifətinin  London səfərinə istinadən söyləmək olar. Diqqət etdinizsə bu səfəri  heç reklam-filan da eləmədilər. Niyə? Çünki növbəti fiaskonu bərli-bəzəkli təqdim etməyin heç  yeri yox idi. Həm də seçki qabağı. Təsəvvür edin, bunların Londonda görüşdüyü ən böyük adam Xarici İşlər Nazirliyinin ataşesi  və hüquq müdafiəçiləri olub.Başqa bir kəs bunları qapısının həndəvərindən belə buraxmayıb. Bizim radikal rəqiblərimiz isə görüşməklə də keçinməyib onlara  hesabat veriblər, təlimat gözləyiblər. Və bununla hələ bir fəxr də edirlər. Və ya belə deyək, kiminləsə görüşmək üçün Londona getməyə nə hacət vardı ki? Söhbət “Artikl 19” təşkilatından gedirdisə, onsuzda onların təmsilçiləri axşama qədər Bakının küçələrində, barlarında və kafelərində küllənirlər.Hələ bir vaxtlar  öz aləmlərində bizim ölkə üçün təyin etdikləri nümayəndə Rebekka Vinsentin döymədiyi qapı qalmamışdı. Gördülər bir səs çıxmır, ağızlarını qoydular Allah yoluna. Yalanı və təhrifləri bir-birinin ardınca mövcud iqtidarın kürəyinə döşədilər. Bir nəticə oldumu? Olmadı. Bilirsinizmi niyə? Çünki  onlar da bizim müxalifətimizin eyni tayıdır. Onlarla eyni sifətdədir, eyni xislətdədir.  Hələ bu yaxınlarda dahi şoumen və mahir blefbaz Rüstəm İbrahimbəyov  növbəti müsahibəsi ilə gündəmi yenidən zəbt etmiş oldu. O açıq  şəkildə bəyan etdi ki, heç bir zaman aktiv siyasətlə məşğul olmaq istəməyib. Onu bu missiyanı  daşımağa  məcbur ediblər. Təxminən”oyuna gəlmişəm”- kimi bir şey. Və, dediyi fikirlərin üzərindən 3 gün keçməmiş bu siyasi diletantın ifasında bir başqa açıqlama gəlir: “Fikirlərimi təhrif ediblər. Mən belə demək istəməmişəm.  Onlar sadəcə “zastavili”sözü ilə “vınujdili”sözünü tərsə-məssəf başa düşüblər. Bu səbəbdən anlaşılmazlıq olub.Bax belə yerdə artıq əminliklə söyləmək olar ki, İbrahimbəyov “keçəl  Həsən və ya Həsən keçəl”oyunu ilə bir tək insanların deyil, həm də mətbuatın canını boğaza yığıb. Adamın hər sözü yüz məna, min bəhanə effektindədir. Hara qədər desən də yozmaq olar.  Gələcəm deyirdi, gəlmədi. Vətəndaşlıq məsələsi ilə bağlı Rusiyanın müvafiq orqanlarına müraciət edəcəyini deyirdi, zamanında etmədi.İkili vətəndaşlıq anlayışını özündən amerika kəşf edib ikinci vətəndaşlıq kimi qələmə vermək istəyirdi, alınmadı. İndi də bu söhbət. Adam ağzından quşu buraxıb, tuta bilmir. Bir gün müsahibə verir, dalınca da 10 gün həmin müsahibəni malalamaqla, sığortalamaqla məşğul olur. Və bütün bu gülməli  olayların, proseslərin,   sonucunda Azərbaycan dilini yenə də fərli-başlı öyrənib, öz dilmizdə danışmağı  göz özünə ala bilmir.Hələ bizim üçün rus dilində təfsir xırdalayır, hansısa mətbu orqanı ittiham edir, nə qədər rəzil və biabırçı durumda olduğunu görməzdən keçir.  Və sizi  inandırım ki, bizim millətin hələ bir az yaratma, düzüb-qoşma  baxımdan zəifliyi və passivliyi  var. Və ya İbrahimbəyov istənilən ölkədə yaşasaydı bu dəqiqə onun haqqında yazılan lətifələr kitabının artıq ikinci cildi hazır idi....    Bu günki durum bax belədir. Dəyişən bir şey yoxdur. Varsa da müxalifətin timsalında pisə doğrudur. Onlar  artıq yerində saymır, geriyə sayır. Siyasi səhnədə var olduqları ən son həftələri, günləri, saatları sayır. Səbəb isə çox sadədir: Liderləri, öndə gedənləri, qabağa düşənləri yoxdur bunların.  Olmadi və heç bir zaman da olmayacaq!Bir düşərgədə ki, məsləhət verən Rüstəm İbrahimbəyov, Cəmil Həsənlidir, o yerdə həqiqətən məsləhətsiz qalmaq daha uyğun variantdır. Atalar isə belə yerdə yaxşı deyib: “Ağası gülüm olanın külüm olub başına”....
OXŞAR XƏBƏRLƏR