Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsi terror təşkilatı PKK-nın Aİ məhkəmələrinin ötən illərdə qəbul etdiyi və məhdudlaşdırıcı tədbirləri ehtiva edən qərarlarına etirazını rədd edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, PKK 2002-ci ildən Aİ-nin terror təşkilatları siyahısındadır.
Aİ terror təşkilatı PKK-ya maliyyə aktivlərinin dondurulması, maliyyə qaynaqlarının verilməsini qadağan etmək kimi sanksiyalar tətbiq edir.
Aİ-nin ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsi PKK-nın 2015-2017-ci illər və 2019, 2021, 2022-ci illərdə ona qarşı çıxardığı qərarlarla bağlı 27 yanvar 2023-cü il tarixli şikayətini qəbul etməyib.
Oksana